Amerika prezidenti Co Bayden və həyat yoldaşı Cill Baydenin 2020-ci ildəki gəlirləri ümumilikdə 607 min 336 dollar olub.
Bu barədə məlumatı Ağ Ev yayıb.
Ağ Ev prezident Baydenin və vitse-prezident Kamala Harrisin gəlir bəyannaməsini yayıb. Prezident seçkilərinin kampaniyası ilə əlaqədar 2019-cu illə müqayisədə daha az gəlir əldə edən Bayden və xanımı ötən il 157 min 414 dollar vergi ödəyiblər.
Bayden cütlüyü 2019-cu ildə 944 min 737 dollar gəlir əldə edib və 299 min 346 dollar federal gəlir vergisi ödəyib.
Bayden və həyat yoldaşı keçən il ümumi gəlirlərinin 5/1%-ini 10 fərqli xeyriyyə təşkilatına yardım üçün köçürüblər.
Vitse-prezident Kamala Harris və həyat yoldaşı isə ötən il 1 milyon 695 min 225 dollar gəlir əldə ediblər. Harris ailəsinin son bir ildə ödədiyi federal gəlir vergisi 621 min 893 dollar olub. Cütlük 2020-ci ildə xeyriyyə təşkilatlarına 27,66 dollar yardım köçürüblər.