Cəmiyyət

"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib

1 dəqiqə
"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun