Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

1 dəqiqə
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sayı 2021-ci il aprel ayının 1-i üçün 10 milyon 130 min 100 nəfər təşkil edib.

Belə ki, ötən ilin aprelin 1-i ilə müqayisədə ölkə əhalisinin sayında 0,5 faiz artım olub.

2020-ci ildə isə ölkə əhalisinin sayı 10079300 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun