Amerikanın Milli Təhlükəsizlik Agentliyi (NSA) Danımarkadan da yardım alaraq başda Almaniya kansleri Angela Merkel olmaqla Avropanın bir sıra siyasətçilərini izləyib.
Danimarkanın İsveçin, Norveçin dövlət televiziyaları, Almaniyada nəşr olunan "Süddeutsche Zeitung" qəzeti, Almaniyanın birinci televiziya kanalı ARD-nin nəzdindəki WDR və NDR, Fransanın Le Monde qəzeti bu barədə birlikdə araşdırma yayıblar.
Xəbərə görə, NSA Merkellə bərabər Almaniyanın keçmiş xarici işlər naziri Frank Valter Ştaynmayeri, ana müxalifət partiyasının keçmiş lideri Peer Stenbrücku da izləyib. Eyni zamanda, Norveçin, İsveçin, Almaniyanın və Fransanın siyasətçiləri, yüksək səviyyəli dövlət məmurları da izlənib.
İzləmə əsasən uzaqdan və elektron cihazlarla həyata keçirilib. Şəxslərin bütün telefon danışıqları dinlənilib.