5 May 2021
Mətni dəyiş
ABŞ Senatında demokratik çoxluğun rəhbəri Çak Şumer və Ohayo ştatından olan demokrat senator Şerrod Braun ölkənin ekoloji təmiz ictimai nəqliyyata keçidi üçün 70 min elektriklə işləyən avtobus alınmasını təklif ediblər. Senatorların təklif etdikləri qanun layihəsini gerçəkləşdirilərsə bunun üçün 73 milyard dollar pul ayrılmalıdır.
Senatorlar həmçinin yük maşınlarının da elektrikləşdirilməsi üçün pul ayrılmasını istəyirlər. Bəhs olunan proqram çərçivəsində alınacaq bütün nəqliyyat vasitələri ABŞ-da istehsal olunmalıdır.
Senatorlar qeyd ediblər ki, hal-hazırda ABŞ-da istifadə olunan avtobusların cəmi 2 faizinin ətraf mühitə zərəri sıfıra bərabərdir. Gələcəkdə isə bu rəqəmi mümkün qədər yuxarı qaldırmaq lazımdır.