Ən güclü orduların yeni siyahısı hazırlanıb, Türkiyə neçəncidir?

Ən güclü orduların yeni siyahısı hazırlanıb, Türkiyə neçəncidir?
14 May 2021
Mətni dəyiş

Global Fierepower Yaxın Şərqin ən güclü ordusunu açıqlayıb. 15 ölkənin iştirak etdiyi siyahıda 15-ci yer Livanındır. Livandakı hərbi personalın sayı 95 min nəfərdir. Ölkənin hava gücü 67 hissədən ibarətdir. 361 tank və 1890 zirehli texnikaya sahib olan Livanın dəniz qüvvələri 57 hissəli donanmadan ibarətdir. 

14-cü yerdə Bəhreyndir. Təxminən 20 min hərbi personala sahib olan Bəhreyndə 180 tank və 845 zirehli texnika var. 110 təyyarəsi olan ölkənin donanması 39 hissədən ibarətdir.

13-cü yerin sahibi Qətərdir. 17 min əsgəri olan Qətər ordusuna 86 tank və 750 zirehli texnika daxildir. 148 təyyarə və helikopterə sahiblik edən ordunun dəniz qüvvələri 86 hissədən ibarətdir.

12-ci yerin sahibi isə Yəməndir. 113.500 əsgəri olan Yəmən ordusunda 400 tank və 600 zirehli texnika var. 178 təyyarəsi olan Yəmənin dəniz gücü 30 hissədən ibarətdir.

İordaniya siyahıda 11-ci yerdədir. İordaniyada 180.000 hərbi personal var. Ordunun təyyarə və helikopterlərinin sayı 261-dir. 1401 tank və 3 min 645 zirehli texnikası olan ölkənin donanması 27 gəmiyə sahibdir.

10-cu sırada isə Omandır. Omanda 47 min əsgər, 117 tank və 700 zirehli texnika var. 128 təyyarə və helikopteri olan Oman Ordusunun dəniz qüvvələri 16 gəmidən ibarətdir.

Küveyt isə 9-cu sırada gəlir. Küveytin 87 təyyarə, 367 tank və 800 zirehli texnika ilə 46.500 nəfərlik ordusu var. Ordu donanmasında 38 gəmi var.

8-ci yerin sahibi Suriyadır. 242 min nəfərlik orduya sahib olan Suriya ordusu 3 min 740 tanka və 5 min 475 zirehli texnikaya malikdir. 462 təyyarəsi olan ölkənin donanması 56 hissədən ibarətdir.

İraq isə siyahıda 7-ci yerdədir. İraq ordusunun sayı 310 min nəfərdir. 350 təyyarə və helikopteri olan ordunun 309 tankı və 5 minə yaxın zirehli maşını var. Ölkənin donanması 60 hissədən ibarətdir.

6-cı sırada isə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. 65 min nəfərlik orduya sahib olan BƏƏ-nin 552 təyyarə, 434 tank, 8 min 750 zirehli maşını var. Ölkənin donanması 75 hissədən ibarətdir.

İsrail siyahıda 5-ci yeri tutur. 643 min hərbi personala sahib olan İsrailin ehtiyat sayı təxminən 3.7 milyon nəfərdir. Ordunun inventarında 595 təyyarə, 1650 tank, 7500 zirehli maşın var. Ölkənin donanması 65 hissədən ibarətdir.

4-cü yerdə Səudiyyə Ərəbistanı var. 505 min nəfərlik ordusu olan Səudiyyə Ərəbistanı 889 təyyarə, 1062 tank və 12.500 zirehli maşına sahibdir. Ölkənin donanması 55 hissədən ibarətdir.

3-cü yerdə İran, 2-ci yerdə isə Misir var. İran ordusunun sayı təxminən 2 milyondur. 516 təyyarə və helikopterə ev sahibliyi edən orduda 3 min 709 tank və 8 min 500 zirehli texnika var. Ölkənin donanması 398 parçadan ibarətdir. Misir isə 1 milyon 330 min əsgərə malikdir. Ölkə 1053 təyyarə, 3 min 735 tank və 11 min zirehli maşına sahibdir. Ölkənin donanması 316 hissədən ibarətdir.

1-ci yerdə isə Türkiyədir. Türkiyə ordusu Yaxın Şərqin ən güclü ordusudur. Türkiyənin hərbi personal sayı 895 min nəfərdir. Hava qüvvələrində 1056 qırıcı və təyyarəyə sahiblik edən TSK-nın 3 min 45 tank və 11 min 630 zirehli maşını var. Türk donanması isə 149 hissədən ibarətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun