İsrail - Fələstin arasında 10 maydan etibarən başlayan gərginlik davam edir. Əl-Əqsada yerləşən məsçidə toplanan insanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "Biz burdayıq, sən hardasan, Ərdoğan?" kimi şüarlar səsləndiriblər.
Sosial şəbəkələrdə Ərdoğana aid şüarların görüntüsünü izləyən insanların yarısı düşünür ki, bu bir köməyə çağırışdır. Digər yarısı isə bunun tamamən əksini düşünür, onların fikrincə kütlə Ərdoğana etiraz məqsədi ilə bu şüarları səsləndirir.
Türkiyə isə bütün platformlarada Fələstinə tam dəstək verir. Ölkə rəsmiləri hər çıxışlarında İsraili işğalçı dövlət adlandırırlar və İsrailə qarşı tədbirlərin görülməli olduğunu bildirirlər. Ancaq məsçiddə səslənən şüarların həm də etiraz kimi səsləndirilməsi daha real görünür.
2013-cü ildə Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, o, Qəzzaya səfər edəcək. Ancaq bu açıqlamanın üstündən 8 il keçib və ziyarət baş tutmayıb. Ona görə də, ehtimal etmək olar ki, bu şüarlar etiraz xarakterlidir.