Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüş üçün katoliklərin dini mərkəzi Vatikanın ən uyğun yer olduğunu bildirib.
İtaliyanın "La Republika" nəşrinə müsahibə verən Zelenski bildirib ki, gərginliyin aradan qaldırlması üçün Putinlə görüşün baş tutması vacibdir və bu görüş olacaq. Zelenski qeyd edib ki, sülh görüşü üçün Vatikan çox uyğundur.
Zelenski aprelin 26-da Ukraynanın Prezident Administrasiyasının rəhbəri Andriy Yermaka Putinlə görüş təşkil etməsi üçün tapışırıq verib.
Bundan əvvəl isə Zelenski Rusiya prezidentinə Donbasda görüş təklif etmişdi, ancaq Putin görüşün Moskvada baş tuta biləcəyini demişdi.
Hələlik görüşün nə vaxt baş tutacağı bilinmir.