"Əminəm ki, Türkiyə prezidentinin praqmatizmi və Rusiya Prezidenti ilə şəxsi münasibətləri onun Krımı birmənalı olaraq Rusiyanın ərazi bütövlüyü kimi tanımasına gətirib çıxaracaq"
Bu sözləri Krım Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eyvaz Umerov deyib. Eyvaz Umarov bildirib ki, Türkiyə Ukraynaya Krım üçün deyil, tatarlar üçün yardım edir.
Ancaq Krım tatarlarının tam əksəriyyətinin Rusiyanı dəstəkləməsi sual doğurur. Çünki tatarlar işğaldan sonra vəziyyətlərinin ağır olduğunu və işğalın davam etməsini istəmədiyini bildiriblər. Politoloqlar güman edirlər ki, Krım tatarlarının bəzi nümayəndələri Rusiyanın təkidi ilə bu cür açıqlamalar verirlər.
Türkiyə prezidenti Receb Tayyib Erdoğan isə Ukrayna prezidenti Vladimir Zelenski ilə baş tutan görüşündə Kırım ilhaqını qəbul etmədiyini və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Türkiyə Ukrayna müdafiə sənayesində hərbi müttəfiqlik edir və imzalanan müqavilələrin təsir dairəsi çox genişdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanısa da, iki ölkə arasındakı mübahisələrdə tərəf tutmadığını bildirib.
Rusiya Ukraynanın ərazisinin bir hissəsini – Krım da daxil olmaqla - 2014-cü ildən işğal edib. İşğaldan sonra Rusiya çox böyük tənqidlərə və sanksiyalarla məruz qalsa da, işğalı dayandırmayıb. Son bir neçə həfətə Rusiya və Ukrayna arasında yeni hərbi-siyasi gərginlik yaşanır.