Ukrayna NATO ilə birlikdə təlimlərə başlayacaq

Ukrayna NATO ilə birlikdə təlimlərə başlayacaq
5 Aprel 2021
Mətni dəyiş

Ukrayna ordusu NATO ölkələri ilə birlikdə təlim keçirəcək. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, gələn ay keçiriləcək təlimlərdə 5 NATO ölkəsindən mindən çox hərbiçi iştirak edəcək.

"Xüsusilə düşməncə hərəkət edən qonşu ölkələrdə bir tərəfin hücumu ilə qarşılaşan bir dövlətin sərhəd və regional bütünlüyünü qorumaq üçün müdafiə addımlarına çalışılacaq", - deyə açıqlamada bildirib.

Təlimlərin önəmli tərəfi odur ki, bu təlimlər Rusiya və Ukrayna münasibətlərinin yenidən gəgrginləşən dövrünü əhatə edir. Hazırda iki ölkə də müharibənin astanasındadır.

Rusiya və Ukrayna münasibətlərində gərginliyin yüksək olduğu bu günlərdə Kreml bəyan edib ki, ABŞ və NATO Ukraynanı hərbi baxımdan dəstəkləcəyi təqdirdə öz təhlükəsizliklərini qorumaq üçün əlavə tədbirlər görəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun