Avropa parlamentinin iclaslarının birində Türkiyə bayrağını cıran irqçi yunan millət vəkili İoannis Lagosun toxunulmazlığı götürüldükdən sonra yaşadığı Belçikanın Brüssel şəhərində həbs edilib.
Avropa parlamentinin Yunanıstandan olan deputatının toxunulmazlığı bu həftə səsverməyə qoyularaq ləğv edilmişdi. Sağçı “Qızıl Şəfəq” partiyasının liderlərindən biri olan İoannis Lagosun həbsi də fəaliyyəti ilə bağlıdır. Belə ki, Yunanıstan məhkəməsi 2020-ci ildə partiyanı cinayət təşkilatı elan edib.
Buna səbəb 2013-cü ildə musiqiçi, anti-faşizimlə bağlı ifaları olan Pavlos Fissasın öldürülməsi ilə birlikdə başlayan istintaq olub. Bundan əlavə də məhkəmə “Qızıl Şəfəq”in altı liderini 13 il həbs cəzasına məhkum edib, 2020-ci ilin oktyabrında partiyanı cinayət təşkilatı elan edib.
Bundan sonra Lagos Yunanıstanı tərk edərək Brüsselə gedib.