"ABŞ və NATO hərbi gərginliyi artırır. NATO Avropada olan birliklərini müharibəyə hazırlaşdırır"
Bu sözləri Takcikistanın paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı Rusiyanın müdafiə naziri Sergey Şoygu deyib.
O, Ukraynadakı milliyyətçi əhval-ruhiyyənin Donbassda, o cümlədən Rusiya ilə sərhəd rayonlarda silahlı münaqişəyə səbəb olduğunu qeyd edib.
Şoygu bildirib ki, NATO müharibə hazırlığı çərçivəsində hərbi infrastrukturunu modernləşdirərək əməliyyat və döyüş hazırlığını artırır. Şoygu Rusiyanın Qərb və Cənub hərbi birləşmələrinin təlimlər zamanı müharibəyə hazır olduğunu göstərdiyini bildirib.
Keçən həftə Krıma səfər edən Rusiya müdafiə naziri Sergey Şogqu Ukrayna sərhədlərində yerləşdirilən Rusiya hərbi birləşmələrinin qarşıya qoyulan bütün hədəflərə çatdığını və sərhədlərdəki bütün birliklərə daimi yerləşdirmə nöqtələrinə qayıtma əmri verildiyini qeyd edib.