26 Aprel 2021
Mətni dəyiş
Şəmkir Rayon İcra Hakimiyyətinin saxlanılan başçısı Alimpaşa Məmmədov təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs edilərək Bakıya gətirilib. Onun hal-hazırda DTX binasında dindirildiyi deyilir.
Bu gün səhər saatlarında Şəmkir rayon İcra Hakimiyyətində həbslər aparıldığı bildirilir. Xəbərlərə görə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanıicra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Rayondakı mənbələr isə deyirlər ki, Alimpaşa Məmmədov saxlanılmayıb, amma hazırda otağında "qara maskalılar" tərəfindən dindirilir. İcra Hakimiyyətinin binasında əməliyyat hazırda davam edir, binaya giriş-çıxış bağlıldır.
Xəbəri bir neçə müstəqil sayt yaysa da hələlik hökümət orqanlarından rəsmi açıqlama gəlməyib.