Rusiya koronavirus (Covid-19) səbəbilə İngiltərəyə qarşı da tətbiq etdiyi səyahət qadağasının müddətini uzadıb.
Bu barədə Rusiyanın Koronavirusla Mübarizə Mərkəzindən məlumat verilib. Məlumata görə səyahət qadağası 2 iyun saat 23:59-a qədər qüvvədə olacaq. Açıqlamada bildirib ki, Rusiya Koronavirusla Mübarizə Mərkəzi koronavirus epidemiyasının qarşısının alınması üçün bu qərarı verib.
Buna qədər Rusiya Türkiyə ilə də hava əlaqəsini məhdudlaşdırıb. Aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılıb. Uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.
Rəsmi məlumatlarda qeyd olunur ki, iki ölkə arasında aviareyslər qarşılıqlı şəkildə məhdudlaşdırılır. Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi icazəli uçuşlar həyata keçiriləcək.
Siyasi şərhçilər Rusiyanın bu qərarlarının siyasi məna daşıdığını desə də, Rusiya tərəfi qərarların bir başa epidemioloji vəziyyətlə əlaqədar olduğunu bildirir.