Rusiyanın “MiQ-31” qırıcısı Kamçatka yaxınlığında ölkə sərhədinə yaxınlaşan ABŞ-ın kəşfiyyat təyyarəsininin qarşısını alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirib ki, Amerika təyyarəsi Rusiyanın hava sərhəddini pozmayıb, buna baxmayaraq Rusiya “MİQ-31” qırıcısı onu müəyyənləşdirmək və müşayiət etmək üçün Kamçatkadakı aerodromdan havaya qalxıb.
Amerikaya məxsus kəşfiyyat təyyarəsi bir müddət sonra Rusiya hava məkanından uzaqlaşıb. Bu günlərdə Amerika Türkiyəyə iki hərbi gəmisinin Türkiyə boğazından keçərək Qara dənizə gedəcəyi ilə bağlı məlumat verib. Məlumat yayıldıqdan sonra birmənalı qəbul edilməmişdi. Əsasən Rusiya tərəfi bu qərarı tənqid etmişdi.
Amerika 14-15 apreldə nəzərdə tutulan keçişi ləğv etdiyini açıqlayıb. Bundan əvvəl isə Rusiya qış hazırlıqları çərçivəsində Qara dəniz donanmasının təlimlər keçirməsi ilə bağlı məlumat yayıb. Manevrdə Rusiyanın Krımdakı Qara dəniz Donanması gəmiləri ilə yanaşı vertolyot və təyyarələri də iştirak edir.