Rusiya Baş Prokurorluğu açıqlama yayaraq bildirib ki, həbsdə olan müxalifət lideri Aleksey Navalnın təsisçisi olduğu qurumlar plkədə rəngli inqilaba hazırlaşırlar.
Prokurorluq Moskva məhkəməsinə müraciət edərək Navalnıya məxsus "Korrupsiyayla Mübarizə Fondu"-nun, "Yurddaşların Hüquqlarının Qorunması Fondu"-nun və "Navalnı Qərargahları"-nın radikal qruplaşma elan edilməsini və Rusiya ərazisində fəakiyyətlərinin məhdudlaşdırılmasını istəyib.
Baş Prokurorluq bildirib ki, bu qrupların xarici ölkələrin təsiri altında ölkədə qarşıqlıq yaratmasında, radikal fəaliyyət göstərməsinə və zorakılığı ehtiva edən çağırışlar etməsinə dair yetərincə fakt var.
Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.
Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.
Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.
Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.