Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir.
Rusiyada ən azı 322 min Özbəkistan, 247 min Tacikistan, 152 min Ukrayna, 120 min Azərbaycan, 115 min Qırğızıstan, 61 min Ermənistan, 56 min Moldova, 49 min Qazaxıstan vətəndaşı qanunsuz olaraq yaşayır.
Rusiyanın daxili işlər nazirinin müavini Aleksandr Gorovoy MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclasında çıxış edərək deyib ki, qanunsuz məskunlaşan şəxslər 15 iyuna qədər ölkəni tərk etməsə, bu şəxslərlə bağlı məcburi ölkədən çıxarılma və sərhədlərin bağlanması qərarı çıxarılacaq.
"Ölkələrinizdə bununla bağlı təbliğat işləri aparmağınızı istəyirəm", - Gorovoy üzünü MDB ölkələrinə tutaraq deyib.
Buna qədər isə Rusiya prezidenti Vladimir Putin koronavirus səbəbi ilə miqrantların ölkədə qalma müddətini 15 iyun 2021-ci ilə qədər uzatmışdı.