Yunanıstanın baş naziri Kiryakos Miçotakis ilk fürsətdə Türkiyə prezidenti Receb Tayyib Erdoğanla görüş keçirəcək.
Bu barədə Yunanıstan hökumətinin sözcüsü Aristotelia Peloni keçirdiyi mətbuat konfransında məlumat verib. Hökumət sözcüsü Türkiyə ilə münasibətlər və Aralıq dənizindəki vəziyyətlə bağlı açıqlama verib.
Yunanıstan xarici işlər nazirinin Türkiyədə səfərdə olmasından da danışan Peloni bildirib ki, XİN başçısı Nikos Dendias Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə yanaşı Türkiyə prezidenti Receb Tayyib Erdoğanla da görüşəcək.
Yunanıstanın məqsədinin gərginliyi azaltmaq olduğunu deyən sözcü bildirib ki, şərtlərin uyğun olduğu ilk fürsətdə Yunanıstanın baş naziri Kiryakos Miçotakis Türkiyə prezidenti Receb Tayyib Erdoğanla görüş keçirəcək.
Nikos Dendias və Mövlüd Çavuşoğlu arasında baş tutan görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransı gərginliklə yadda qalıb. Tərəflər bir-birlərini müxtəlif yanlış addımlarda ittiham ediblər.