Cəmiyyət

Qarabağda iki yeni yol tikilir

1 dəqiqə
Qarabağda iki yeni yol tikilir

Dövlət başçısının sərəncamı ilə azad edilmiş ərazilərdə iki avtomobil yolunun – Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı yolunun tikintisinə başlanıb. Bütün bu ərazilər İkinci Qarabağ müharibəsi zamanı azad edilib.

Avtomobil Yolları Agentliyinin məlumatında deyilir ki, Xudafərin-Qubadlı-Laçın yolunun uzunluğu 66 km, Xanlıq-Qubadlı yolunun uzunluğu isə 17 km təşkil edəcək.

Hər iki yol 4 zolaqlı və birinci kateqoriyalı yololacaq. Yol boyunca beş yeni körpü salınacaq. Tikintinin subpodratçısı Türkiyənin Polat Yol Yapı Sanayi ve Ticaret şirkətidir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun