Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə yararlı olan ehtiyyatda olan hərbi qulluqçuların orduya çağırılması ilə bağlı fərman imzalayıb.
Bu barədə məlumatı Kreml yayıb. Məlumatda deyilir ki, 2020-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində Federal Təhlükəsizlik Xidmətində hərbi təlim keçmək üçün yararlı olan bütün Rusiya vətəndaşları ordu sıralarına çağırılır.
Rusiyanın Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Putinin imzaladığı fərmana əsasən, fərman dərc olunduğu gündən – aprelin 26-dan qüvvəyə minib və 15 iyul tarixinədək davam edəcək. Bu dövrdə 135 min ehtiyat əsgərin ordu sıralarına cəlb olunması nəzərdə tutulub. Rusiya ehtiyat əsgərlərinin hərbi təlimlər vasitəsilə mümkün müharibə vəziyyətinə hazır olmaları üçün hər il müxtəlif təlimlər təşkil edir. Bu təlimlərdə 2019-cu ildə 132 min, 2020-ci ildə isə 128 min ehtiyat qüvvə iştirak edib.