Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisdə çıxış edərək Rusiyanın üzərinə gələn dövlətlərə qırmızı xətti keçməmələri ilə bağlı xəbərdarlıq edib.
Hər il 21 apreldə keçirilən iclasda çıxış edən Rusiya prezidenti bildirib ki, Rusiyayla münasibətlərdə qırmızı xəttləri keçməyin: "Bizi provokasiyaya çəkməyin, yoxsa əvvəllər yaşamadığınız və heç vaxt unuymayacağınız nəticələrlə qarşılaşarsınız", - deyə Putin bildirib.
Putin bildirib ki, Rusiya dövlət maraqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə etməyə davam edəcək. O qeyd edib ki, Rusiya heç bir ölkə ilə körpüləri yandırmaq istəmir, ancaq hansısa ölkə Rusiyanın bu xoşniyyətli susqunluğunu zəiflik hesab edirsə, Rusiyanın cavabı sürətli və sərt olacaq.
Putin Qərb ölkələrin Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı çevriliş və sui-qəsd planına səssiz qaldığını deyərək əlavə edib ki, ola bilər ki, Lukaşenkonu bəyənmirsiniz, amma sui-qəsd fəaliyyəti çox oldu.