ABŞ Müdafiə Naziriliyinin sözçüsü John Kirby prezidenti Joe Bidenin 1915-ci illə bağlı açıqlamasının Türkiyənin Amerika ilə hərbi sahədəki müttəfiqliyinə mənfi təsir edəcəyini gözləmədiklərini bildirib.
Günlük mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirby Türkiyə ilə münasibətlərdə hər hansısa bir dəyişikliyin olacağına inanmadığını bildirib.
"Türkiyə Amerika üçün önəmlidir və müttəfiqdir. Müstəlif sahələrdə münasibətləri inkişaf etdiririk və bu proses davam edir. Prezidentin 1915=ci illə bağlı açıqlamalarının bu münasibətlərə hansısa formada təsir etməsini gözləmirik", - deyə ABŞ Müdafiə Naziriliyinin sözçüsü John Kirby bildirib.
Bundan əvvəl ABŞ prezidenti Joe Biden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb. Biden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.