15 Aprel 2021
Mətni dəyiş
Aprelin 14-ü Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan 2018-ci ilə aid mühüm bir sirri açıb. O deyib ki, 2018-ci ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla görüşüb. Paşinyan deyib ki: "Görüş əsnasında birinci prezident mənə dedi: "Azərbaycanın torpaqlarını artıq qaytarmaq lazımdır". Nə qarşılığında? Niyə? Necə? Birinci prezidentin bu barədə o vaxtkı fikirlərini öyrənə bilmədim. Qalan şeyəri özünüz dəyərləndirin" - baş nazir bildirib.
Aprelin 15-i Paşinyanın bu fikrinə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan reaksiya verib. Musinyan Paşinyanın bu sözlərinin yeni olmadığını, hələ 2020-ci ilin 30 noyabrında da səsləndiyini bildirib.
Musinyan əlavə edib ki: "Ermənistanın birinci prezidenti Ter-Petrosyan Paşinyanın xalqı məhvə aparan qıcıqlandırıcı fikirlərinə şərh vermək istəmir. Qoy o nə deyir desin. Onsuz da onun bəraət qazanmağa heç bir yolu yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq".