Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən Azərbaycanda saxlanılan erməni əsgərlərlə bağlı kömək istəyib.
10 noyabr bəyanatından sonra Azərbaycan bölmələrinə hücum edən erməni əsgərləri Ermənistan əsir hesab edir və geri qaytarılmalarını istəyir. Azərbaycan tərəfi isə bu hücumun sülh bəyanatından sonra baş tutduğunu bildirərək, saxlanılanları terrorist adlandırır və Ermənistana verməyəcəyini bildirir.
Putinlə görüşmək üçün Moskvaya gedən Baş nazir bildirib ki, Qarabağda olan Rusiya sülhməramlıları bölgədə sabitliyin saxlanılması üçün çox böyük rol oynayır.
Paşinyan Putinə Ermənistanda yeni bir atom elektrik stansiyası inşaatı ilə bağlı danışıqlar aparmaq istədiyini də bildirib.
Rusiyanın Ermənistana yetərincə Rusiya istehsalı olan koronavirus peyvəndi verəcəyinə ümid etdiyini söyləyən Paşinyan hələlik 1 milyon doz peyvəndə ehtiyac duyduqlarını bildirib.
Aprelin 7-sində Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşü baş tutub. Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşün baş tutması üçün 7 gün karantində qalıb.