Pakistan xarici işlər naziri Rashid Ahmed Fransanın Pakistandakı səfirinin ölkədən qovulması üçün Pakistan Milli Məclisinə müraciət edib.
Buna səbəb Fransa prezidenti Emmanuel Macronun İslam və Məhəmməd Peyğəmbərlə bağlı fikirləridir. Fransa prezidentinin İslam və Məhəmməd Peyğğəmbərlə bağlı fikirləri Pakistanda xüsusi ilə Tahrik-i Lebbeyk Pakistan Partiyası tərəfindən sərt tənqidə səbəb olmuşdu.
Partiya Fransaya qarşı addımlar atılması üçün Pakistanda kütləvi aksiyalar təşkil edirdi. Ancaq hökumətlə uzlaşmadan sonra aksiyalar dayandırılıb və Fransaya qarşı addımlar atılması üçün hökumətə vaxt verilib.
Pakistan xarici işlər naziri Rashid Ahmed bildirib ki, bu qərar Tahrik-i Lebbeyk Pakistan partiyası ilə davam edən görüşlərin nəticəsi olaraq verilib. Pakistan hökuməti bu partiyanın Fransaya qarşı aksiyalarda həbs edilən üzvləri ilə bağlı da müsbət qərar veriləcəyini bildirib.
Pakistanın baş naziri İmran Xan isə Fransa səfirinin göndərilməsini dəstəkləmir. O bildirib ki, bu həll yolu deyil: "Fransa İslam və İslam Peyğəmbəri ilə bağlı yayılan fikirləri ifadə azadlığı hesab edir. Biz bu Fransaya qarşı bu addımı atarsaq, digər Avropa ölkələri də islama və onun Peyğəmbərinə qarşı mənfi fikirlər səsləndirəcək", - deyə Pakistanın baş naziri İmran Xan bildirib.