Cəmiyyət

Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

1 dəqiqə
Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun