Bir neçə gün öncə Ermənistanın Syünik vilayətini gəzən bu ölkənin baş naziri Nikol Paşinyan yerli əhali ilə söhbət zamanı deyib ki, "Meqri rayonundan Naxçıvana heç bir dəhliz verilməyəcək".
Baş nazirin bu sözləri yerli əhalidən bir nəfərin ona yaxınlaşaraq sual verməsi fonunda deyilib. Belə ki, bir nəfər baş nazirə yaxınlaşaraq deyib ki, nə üçün Ermənistanın içi ilə Azərbaycana yol verilir.
Baş nazir vətəndaşdan soruşur: "Kim verir yolu? Heç bir yol olmayacaq".
Baş nazir həmçinin Syünik əyalətinin administrasiyasında keçirdiyi iclas zamanı İlham Əliyevin Zəngəzurla bağlı açıqlamalarını provokasiya adlandırıb. O deyib ki, 44 günlük müharibədən sonra Syünikdə baş verən hadisələr fonunda Azəbaycanla sərhəd boyu təhlükəsizliyin qorunması üçün əmrlər vermişəm.
Xatırladaq ki, İlham Əliyev bir müddət öncə ermənilərin Syünik adlandırdığı
Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və oradan Naxçıvana dəhliz çəkiləcəyini bildirmişdi.