Navalnı aclığa başladı

Navalnı aclığa başladı
1 Aprel 2021
Mətni dəyiş

Rusiya müxalifətinin lideri Aleksey Navalnı saxlanıldığı həbsxanada aclığa başlayıb.

Məhkəmə qərarı ilə həbs olunub Rusiyanın Vladimir bölgəsində bir həbsxanada saxlanılan Navalnının vəkilləri bu barədə sosial şəbəkələrdə yazıblar.

Vəkillərin sözlərinə görə, Navalnı bildirib ki, həkim çağırmaq və dərman almaq hüquqlarım var, ancaq bu imkanların heç birini mənə tanımırlar. O deyib ki, belimdəki ağrılar ayaqlarıma enib.

"Belə olan halda nə etməliyəm? Aclıq edirəm. Ədalət üçün, qanunların işləməsi və həkimlərin bura göndərilməsi üçün ac yatıram", - deyə o, vurğulayıb.

Rusiya Ədliyyə Nazirliyindən məsələ ilə bağlı açıqlama olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun