"Rusiya hazırda qonşularının qərarlarına rahat müdaxilə etmək üçün təsir imkanlarını artırmağa çalışır"
Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Xarici İşlər Naziri ilə birlikdə təşkil etdiyi mətbuat konfransında deyib.
Stoltenberq bildirib ki, Rusiya müharibəyə hazır minlərlə əsgəri Ukrayna ilə sərhəddə yığıb. Onun sözlərinə görə, bölgədə bu qədər geniş hərbi hərəkətlilik sonuncu dəfə 2014-cü ildə Kırımın işğalı zamanı olub. O, Rusiyanı bölgərən əsgərləri geri çəkməyə çağırıb.
Yens Stoltenberq qeyd edib ki, Rusiya hazırda qonşularının qərarlarına rahat müdaxilə etmək üçün təsir imkanlarını artırmağa çalışır: "Ukraynanın gələcəkdə NATO ölkəsi olub-olmamasına Rusiya yox, NATO qərar verəcək. Ukraynanın NATO üzvü olmağa hazır olub-olmamasına dair məsələni 30 NATO ölkəsi dəyərləndirəcək, başqa heç bir ölkənin bu prosesə müdaxilə etmək haqqı yoxdur", - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Yens Stoltenberq Rusiyanı ordunu geri çəkməyə, təxribatlara son verməyə və gərginliyi azaldan addımlar atmağa çağırıb.