Nəticələri ləğv olunmuş dairələrə təkrar seçkilər nə vaxt keçiriləcək?

Nəticələri ləğv olunmuş dairələrə təkrar seçkilər nə vaxt keçiriləcək?
16 Aprel 2021
Mətni dəyiş

2020-ci 9 fevralında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Həmin ilin fevralın 13-də Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda ümumilikdə 4 seçki dairəsində səsvermənin nəticələri ləğv olunub. İclasda deyilib ki, ekspert qrupu həmin dairədəki məntəqələrdə pozuntu qeydə alıb və buna görə də bu dairələrdə yenidən seçki keçiriləcək. 

Ləğv olunmuş 33 saylı Xətai birinci seçki dairəsində, 35 saylı Xətai üçüncü seçki dairəsində, 74 saylı Lənkəran seçki dairəsində, 80 saylı İmişli-Beyləqan seçki dairəsində hələ də seçkilər keçirilməyib.

Abzas.net seçkilərin nə vaxt keçiriləcəyinə dair suallara cavab tapmağa çalışsa da, Mərkəzi Seçki Komissiyasından (MSK) sorğumuza cavab verən olmadı.

"Prezident elan edə bilər..."

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, qüvvədə olan seçki məcəlləsinin 172-ci maddəsinə görə, Azərbaycanda müvafiq dairələr üzrə seçki nəticələri qanunsuz sayılırsa Milli Məclisə təkrar seçkilər keçirilir. Onun sözlərinə görə, son parlament seçkilərində də nəticələri etibarsız sayılan dairələr var idi ki, həmin dairələrə də təkrar seçkilər keçirilməlidir.

"Seçkilərin keçirilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası (MSK) hazırlayır və ölkə başçısına müraciət edir. Bu məsələlər ölkə prezidentinin seçkiləri elan etməsi ilə də başlaya bilər, ancaq bütün hazırlıq işlərini MSK başa çatdırmalıdır", - deyə o, vurğulayıb.

Anar Məmmədli deyir ki, Azərbaycan praktikasında ilk dəfədir ki, təkrar seçkilər bu qədər uzanır.

Onun sözlərinə görə, 2005-ci ildən etibarən baş tutan seçkilərin hansındakı dairələrin nəticələri ləğv olunub, təkrar seçkilər 5-6 ay ərzində keçirilib.

"İndi seçkilərin təyin olunması uzanır. Mənə elə gəlir ki, indi uzanmasında səbəb koronavirus (Covid-19) epidemiyasıdır. Yəni sırf pandemiyanın yaratdığı şəraitə görə bu proses uzanır", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib.

Qanun

Mərkəzi Seçki Komissiyasının dairədəki nəticələrin etibarsız hesab olunması barədə qərarını Kontitusiya Məhkəməsi təsdiqləyir və bundan sonra qərar rəsmiləşmiş olur. Daha sonra ölkə prezidenti təkrar seçkilərin keçirilməsi barədə sərəncam imzalayır. Bundan sonra isə Mərkəzi Seçki Komissiyası seçki məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

Təkrar seçkilər zamanı bütün prosedur öncəki seçkilər zamanındakı prosedurla eynidir. Bu seçki zamanı da istənilən şəxs müvafiq dairələr üzrə imza toplayıb deputatlığa namizədliyini irəli sürə bilər. Təbliğat-təşviqat prosesi də yeni müddətdə yeni qaydada həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun