Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman İranla hər iki dövlətin maraqlarına xidmət edəcək əlaqələrin qurula biləcəyini deyib.
Ancaq o, bunun üçün müəyyən şərtlər açıqlayıb. Məhəmməd İbn Salman deyib ki, İran və Səudiyyə Ərəbistanını arasında qarşılıqlı əlaqələrin qurulması üçün İran ilk növbədə nüvə sazişindən, balistik raket proqramından çıxmalıdır və bəzi ölkələrə verilən dəstəyi dayandırmalıdır.
“İran qonşu bir dövlətdir, bu ölkə ilə münasibətlərimizin güçlü və yüksək seviyyədə olmasını, bu ölkənin çiçəklənməsini və aramızda qarşılıqlı maraqların olmasını arzulayırıq", - deyə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman əlavə edib.
Salman İranın bəzi ölkələrin daxili işlərinə qarışmaqla da xoş olmayan davranış sərgilədiyini bildirib.