Amerika prezidenti Joe Biden Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu barədə məlumatı Kreml yayıb.
Məlumata görə, Biden Putinə Amerika-Rusiya arasında narazılıq yaradan bütün məsələləri müzakirə etmək üçün üçüncü bir ölkədə görüşməyi təklif edib.
Biden Rusiyanın Ukrayna ilə sərhəddə ordu yığmasından narahatlığını ifadə edib və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini və lazım gələcəyi təqdirdə bu mövzuda Ukraynaya açıq dəstək verəcəklərini bildirib.
Amerika prezidenti bildirib ki, Amerika Rusiyanın kiber hücumlarına və Amerikadakı seçkilərə müdaxilə etməsinə görə daha sərt tədbirlər görəcək.
Rusiya tərəfi isə Bidenin zəngini Rusiyaya atılmış bir addım kimi dəyərləndirib. Kremlin telefon danışığı ilə bağlı açıqlamasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair çalarların olduğu bildirib.
"Joe Biden ikitərəfli münasibətlərdəki vəziyyəti normallaşdırmaqda, İranın nüvə proqramı, Əfqanıstandakı vəziyyət və qlobal iqlim dəyişikliyi kimi mövzularda sabit əməkdaşlıq qurmaqda maraqlı olduğunu bildirib", - deyə Kremlin açıqlamasında qeyd olunub.