İtaliyannın Baş naziri Mario Draghi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "diktator" adlandırıb.
Draghi bunu Avropa Birliyi ölkələrinin liderlərinin Ankarada görüşü zamanı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bir müddət ayaq üstə saxlanılmasını şərh edərkən deyib.
"Ərdoğanın Ursula von der Leyenə qarşı davranışını pisləyirəm. Bu adekvat davranış deyil və bu alçaldıcı davranışa görə çox pis oldum", - deyə İtaliyannın Baş naziri Mario Draghi bildirib.
Draghi əlavə edib ki, ölkələrimizin maraqları üçün münasibətlərimizi davam etdirsək də, onun diktator olduğunu deməliyik.
“İtaliyanın Baş naziri Mario Draghinin qəbuledilməz populist ifadələrini və seçilmiş Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq”, - deyə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində Mario Draghiyə cavab verib.
Məsələ ilə bağlı İtaliyanın Ankaradakı səfiri Massimo Gaiani da Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.