İranda bəzi sünni siyasətçilər ölkədəki sünnilərin konstitusion haqllarını təmin etmədiyinə görə prezident Həsən Ruhanini məhkəməyə veriblər.
İtimad qəzetinə danışan keçmiş millət vəkili Abdullah Sohrabi bildirib ki, prezident Həsən Ruhani 2013-2017 seçki aralığında sünnilərə veridyi sözün üstündə durmayıb. Ruhani həmin dövrlərdə qanunvericilikdə dəyişiklik edib, fərqli inancalara tolerant yanaşacağını bildirmişdi.
"Həsən Ruhani 10 maddəyə dəyişiklik etməyə söz vermişdi, ancaq etmədi. Bu səbəbdən konstitusiyanın 34-cü maddəsini əsas tutaraq Ruhanini məhkəməyə verəcəyik", - deyə keçmiş millət vəkili Abdullah Sohrabi bildirib.
83 milyona yaxın insanın yaşadığı İranda 15 milyon sünni yaşayır. İranda yaşayan sünnilər zaman-zaman konstitusion huquqlarının təmin olunmadığını bildirsələr də, İran hökuməti bu narazılıqlara reaksiya verməyib.