İran parlamentinin sözcüsü Mohammad Qalibaf bildirib ki, İran uranın zənginləşdirilməsi dərəcəsini 60 faizə çatdırıb.
Iran Natanz nüvə bazasındakı partlayışdan sonra açıqlama verərək partlayışda İsraili ittiham edib və bildirib ki, bu addım Vyana danışıqlarını kölgə altına alıb. Elə həmin gün İran uranın zənginləşdirilməsi dərəcəsinin 60 faizə çatdırılması ilə bağlı qərar verildiyini bildirib.
Gecə saat 00:40 radələrində İran parlamentinin sözcüsü Mohammad Qalibaf Twitter hesabında məlumat yayaraq bildirib ki, iranlı alimlərin uranı 60 faiz zənginləşdirməyi bacardığını elan etməkdən qürur duyuram.
Uran 90% saflıq səviyyəsinə qədər zənginləşdirildikdə nüvə silahları istehsal etmək mümkün olur.