Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçiriləcək iclasında Hüseynbala Mirələmovun partiya sıralarından xaric edilməsi məsələsi müzakirə olunacaq.
Bu barədə partiyadakı mənbə məlumat verib. H.Mirələmov YAP Xətai rayon təşkilatının sədri və partiyanın Veteranlar Şurasının üzvüdür. Bununla da o, partiyadakı bütün vəzifələrini itirə bilər.
Bundan əvvəl isə Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən azad edilib. Sözügedən görüntülər ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
Aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Video ictimayət tərəfindən tənqidlərlə qarşılanıb.