Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynanın Sank-Peterbuqdakı konsulunu həbs etdiyini açıqlayıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamada bildirilib ki, Ukraynanın Sank-Peterbuqdakı konsulu Aleksandr Sosonyuk dövlət sirri hesab olunan məlumatları başqa mənbəyə ötürməkdə ittiham olunur.
Məlumata görə, Aleksandr Sosonyuk adı açıqlanmayan bir Rusiya vətəndaşına gizli məlumatları təqdim edərəkən iş başında saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirib ki, ukraynalı diplomatın bu addımı onun diplomatik statusuna uyğun olmayan addımdır və Rusiyaya qarşı birbaşa düşmənçilikdir.
Aprelin 15-də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rəsmi Vaşinqton Rusiyanın 10 diplomatını geri göndərəcəyini açıqlayıb. Bundan sonra, Rusiya da ABŞ-ın 10 diplomatın ölkədən qovub.