Bu gün, aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə vəkillərin müdafiə çıxışları ilə davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirlən şəxslərə 19 ildən 25 ilədək, həmçinin Yunis Səfərova ömürlük həbs istəyib.
Bu gün vəkillər müdafiə çıxışında bildirib ki, əslində məhkəmə prosesi
Yunis Səfərova aiddir. Dgər təqsirləndirilən şəxslərə bəraət verilməlidir.
Gəncə işində təqsirləndirilən
Fürudin Zeynalov və
Anar Bağırovun vəkili
Fariz Namazlı abzas.net-ə deyib ki: “Məhkəmə aprelin 20-də davam edəcək. Bu gün çıxış edən vəkillər bildirdilər ki, müdafiə etdikləri təqsirləndirilən şəxslərin hərəkətlərində cinayət tərkibi yoxdur və istintaq ittihamları sübuit edə bilməyib. Bu Yunis Səfərovun işidir. Sadəcə baş verən hadisəni hüquq-mühafizə orqanları şişirdib. Buna görə də çoxsalı insanlara əsassız itthamlar irəli sürülüb, ona görə də öz hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət hökmünün çıxarılmasını xaiş etdilər” deyə vəkil qeyd edib.
O, hüquqlarını müdafiə etdiyi
Firuddin Zeynalovun günahının olmadığını və aprelin 13-dən etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
Növbəti məhkəmə iclası aprelin 20-də vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək. Məhkəmədə daha 3 vəkil müdafiə çıxışı edəcək.
Gəncə işində həbs olunanlardan biri
Mahir Əzizovun vəkili
Həmidov Babək Abzas.net-ə açıqlamasında deyib ki: "Çıxışımızda əsas istintaq hərəkətlərinin həyata keçirilməsi qanun pozuntularına yol verilməsi, məhkəmədə müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsi, ittiham aktında qeyd edilən şahidlərin məhkəməyə dəvət edilməməsi, işin tam obyektiv şəkildə, müdafiə tərəfini qane edəcək şəkildə aparılmaması ilə bağlı çıxışlarımızı bildirdik".
https://fb.watch/4UcgoveoAt/