Fransa Xarici İşləri naziri Clement Beaune Türkiyəni sanksiyalarla hədələyib. Nazir bu barədə Fransanın Milli Məclisində çıxış edib.
Avropa rəsmilərinin Türkiyəyə səfəri zamanı yaranan protokol skandalında Türkiyəni günahlandıran nazir deyib ki, Avropa Birliyi ölkələri Şərqi Aralıq Dənizindəki addımlarına görə Türkiyəyə sanksiya tətbiq edəcək.
Nazir deyib ki, Avropanı Türkiyəyə qarşı sağlam və sərt mövqe sərgiləməyə məcbur etmişik. Biz gərginlik istəmirik, ancaq maraqlarımızı düşünürük: "Müəyyən iqtisadi sektorlarda Türkiyəyə sanksiya tətbiq olunacaq. Bütün variantlar müzakirə edilir", - deyə fransalı nazir bildirib.
Artıq uzun müddətdir ki, Türkiyə və Fransa arasında diplomatik gərginlik yaşanır. Bir müddət əvvəl hər iki ölkə başçısının bir-birlərinə yumuşaldıcı məktublar yazmasına baxmayaraq, ölkələr arasında yaranan gərginlik səngimir.
Hələlik Fransa Xarici İşləri naziri Clement Beaunenin bu açıqlamasına Türkiyə tərəfindən cavab gəlməyib.