Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Dostluq” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib və ona ordeni təqdim edib.