Cənubi Amerika ölkəsi Ekvadorda prezident seçkiləri keçirilib. Seçkilərin ikinci turunun nəticələrinə görə, Guillermo Lasso ölkənin yeni prezidenti seçilib.
Ekvador Milli Seçki Komissiyasının açıqladığı nəticələrə görə, ən çox səs toplayan sağçı namizəd Guillermo Lasso rəqibi solçu namizəd Andres Arauz üzərində qələbə qazanıb.
Səslərin 97%-nin sayıldığı seçkilərin ilkin nəticələrinə görə, Fürsət Yaradan Siyasi Hərəkatın (CREO) namizədi Guillermo Lasso səslərin 52,52%-ni, Ümid Üçün Birlik Koalisiyasının (UNES) namizədi Andres Arauz səslərin 47,48%-ni qazanıb.
Ekvadorun yeni prezidenti Guillermo Lasso tərəfdarları qarşısında etdiyi qələbə çıxışında deyib ki, prezidentliyi müddətində heç kimdən qisas almayacaq: "Bütün ekvadorluları azad görmək istəyirəm, prezidentə qarşı çıxmaqdan qorxmayın", - deyə Ekvadorun yeni prezidenti Guillermo Lasso bildirib.