CHP-nin İstanbul millət vəkili Mahmut Tanal Amerika prezidenti Joe Bidendən Anlara Baş Prokurorluğuna şikayət edib. Millə vəkili Bideni nifrət nitqindi və irqi ayrıseçkilikdə ittiham edir.
Tanal şikayətində Bidenin 1915-ci ildə baş verənləri "Soyqırım" kimi qəbul etməsini həqiqətən uzaq addım adlandırıb.
Tanal şikayətində bildirib ki, Biden "soyqırım" deməklə nifrət nitqi söyləyib və irqi ayrıseçkilik edib. Buna görə də başqa ölkədə olmasına baxmayaraq Türkiyə Cəza Qanununun 8-ci maddəsi əsas götürülərək Türkiyəyə gətirilməli və burada mühakimə olunmalıdır.
ABŞ Prezidenti Co Bayden bu günlərdə rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.
Bayden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.