6 Aprel 2021
Mətni dəyiş
Rusiyada fəaliyyət göstərən "Artdocfest" sənədli filmlər festivalına çeçen homoseksual haqda "Sakit səs" adlı filmin nümayişi təxirə salınıb. Bu haqda festivalın təşkilatçısı, məşhur rejissor Vitaliy Manski "Exo Moskvaya" müsahibəsində deyib.
Manskinin sözlərinə görə bu qərara "şəraitin təzyiqi ilə" gəliblər. Onlar "Sakit səs" filminin yerinə Kseniya Oxapkinin "Ölümsüzlük" filmini göstəriblər.
"Sakit səs" filmi rejıssor Reka Valerik tərəfindən çəkilib, filmdə Xavac adlı gənc çeçen döyüşçüdən söhbət gedir. Qardaşı onun homoseksuallığından xəbər tutan kimi o Brüsselə miqrasiya edir.
Vitali Manski bundan əvvəl də jurnalistlərə açıqlamasında demişdi ki, festival zamanı çeçen diasporunun üzvləri tərəfindən təhdidlərə məruz qalıb. Çeçen diasporunun üzvləri onunla görüşdə deyiblər ki, "çeçen qey ola bilməz, ona görə də bu filam bütün çeçen xalqını təhqir edir, ona görə onu baxışdan çıxarmaq lazımdır". Manski filmi festivalın proqrammından çıxarmaqdan imtina edib, ancaq bundan sonra aprelin 5-də Moskvada baş tutmalı olan hər iki film nümayişində bütün biletlər eyni adamlar tərəfindən alınıb ki, filmin nümayişində heç kim iştirak etməsin.