İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə aid səs yazısı yayılıb. Səs yazısı Londonda yerləşən İran kanalı tərəfindən yayımlanıb.
Məlumata görə, səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani barədə fikirləri var. Səs yazısında Zərif Qasım Süleymaninin Rusiya ilə iş birliyində olduğunu və Suriyadakı müharibəyə müdaxilə edərək nüvə sazişini pozmağa hazırlaşdığını deyir.
Zərif ittihamlarını davam etdirib: "Süleymani az qala hər müzakirədə kompromisə getməyimi istəyirdi. Az qala hərbi meydanının uğuru üçün bazarlıq edirdim”, - deyə o, əlavə edib.
Səs yazısı İranda böyük müzakirələrə səbəb olub.