Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Joe Bidenin İqlim Zirvəsində iştirak etməsi ilə bağlı dəvətinə müsbət cavab verib. Bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Zirvə görüşü martın 23-də baş tutacaq. Ümumilikdə 40 ölkə rəhbərinin iştirak edəcəyi görüşdə Türkiyə prezidenti Receb Tayyib Erdoğan, Çin prezidenti Şi Cinping də iştirak edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov isə mətbuata açıqlamasında bildirib ki, 40 ölkənin iştirak edəcəyi Zirvə görüşündə Rusiya prezidenti Vladimir Putinin hansısa liderlə ikitərəfli görüşü planlaşdırılmayıb.
Bundan əvvəl ABŞ Prezidenti Joe Biden Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra iki ölkə arasında gərginlik artıb. Bu açıqlamadan sonra Putin Baydeni onlayn debata çağırıb. Putinin bu təklifinə Ağ Evdən cavab gecikməyib: “Prezident məşğuldur”.