Belarusun Müdafə Nazirliyi açıqlama yayıb ki, Polşa tərəfdən gələn bir naməlum təyyarə Belarusun hava sərhədlərini pozub.
Belarus pozuntu ilə bağlı Polşadan izahat tələb edib.
"2021-ci il, 12 aprel saat 20:45-də Polşa tərəfdən gələn bir naməlum təyyarə ölkəmizin hava sərhəddini pozub. Təyyarə daha sonra yenidən Polşaya qayıdıb. Belarus bu məsələ ilə bağlı Polşadan araşdırma və araşdırmanın cavablarını gözləyir", - deyə Belarusun Müdafə Nazirliyi bildirib.
Polşa Müdafiə Nazirliyi isə bildirib ki, hərbi təyyarələrimiz Belarus sərhədi yaxınlığında uçuş icra etməyib.
“Hava məkanı daim nəzarətdə saxlanılır. Hərbi təyyarələr 12 aprel tarixində Belarus-Polşa sərhədində uçuş keçirməyib”, – deyə bildirilib.