Bu günlərdə Amerika Türkiyəyə iki hərbi gəmisinin Türkiyə boğazından keçərək Qara dənizə gedəcəyi ilə bağlı məlumat verib. Məlumat yayıldıqdan sonra birmənalı qəbul edilməmişdi. Əsasən Rusiya tərəfi bu qərarı tənqid etmişdi.
Amerika 14-15 apreldə nəzərdə tutulan keçişi ləğv etdiyini açıqlayıb. Bundan əvvəl isə Rusiya qış hazırlıqları çərçivəsində Qara dəniz donanmasının təlimlər keçirməsi ilə bağlı məlumat yayıb. Manevrdə Rusiyanın Krımdakı Qara dəniz Donanması gəmiləri ilə yanaşı vertolyot və təyyarələri də iştirak edir.
Amerika Rusiyanın Ukrayna sərhədinə hərbi birliklərini sövq etməsindən sonra Qara dənizə gəmi göndərmək fikrinə düşmüşdü. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın döyüş gəmilərini Qaradənizə göndərməsini "təxribat" adlandırmışdı.
Bundan əvvəl Türkiyə XİN-dəki mənbə xarici mətbuata bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq edib. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin isə demişdi ki, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir.