Amerika iki döyüş gəmisini bu həftə Türkiyəyə göndərəcəyini bildirib. Gəmilərin Türkiyə vaisətsi ilə Qara dənizə keçəcəyi bildirilib.
Məlumata görə iki döyüş gəmisi 4 maya kimi Qara dənizdə qalacaq.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə bildirib ki, Rusiya Amerikanın Qara dənizdəki fəaliyyətindən narahatlıq duyur. Son dövlər NATO ölkələrinin Qara dənizdə aktiv olduğunu bildirən Qruşko əlavə edib ki, Qara dənizin təhlükəsizliyini sahil ölkələri təmin etməlidir.
Bundan əvvəl NATO gəmiləri Odessa limanına daxil olublar. Bu barədə rus mətbuatı məlumat yayımlayıb.
Verilən məlumata görə, flaqman, Türkiyənin təlim gəmisi "A577 TCG Sokullu Mehmet Paşa" da daxil olmaqla alyansın gəmiləri dəniz limanına yan almağa başlayıblar. Limana yan alan Türkiyənin təlim gəmisi ilə yanaşı, İspaniyanın "TSPS Tajo" və Rumıniya "ROS Lt Lupu Dinescu" gəmiləri də var. Bu, NATO gəmilərinin bu il Odessaya ilk gəlişidir. ABŞ Altıncı Donanması, Su-24 bombardmançısının Qara dənizə girən Amerikanın "Donald Cook" gəmisi yaxınlığında uçduğu videosunu göstərmışdi.
Hərbçilər ABŞ-ın "NATO tərəfdaşlarının təhlükəsizliyini və bölgədəki sabitliyi təmin etmək'' üçün daim Qara dənizdə çalışacaqlarını vurğulayıblar.