2020-ci ildə Putinin gəlirləri nə qədər olub?

2020-ci ildə Putinin gəlirləri nə qədər olub?
17 Aprel 2021
Mətni dəyiş

Kreml dövlət rəhbərliyindəki şəxslərin sərvətləri və gəlirləri ilə bağlı hesabat yayıb. Kremml tərəfindən açıqlanan hesabatda Rusiya prezidenti Vladimir Putinin də 2020-ci ildə nə qədər gəlir əldə etdiyi məlum olub. 

Məlumata görə, Putin 2020-ci ildə 2019-cu ildəki gəlirlərindən 2% çox, 9,9 milyon rubl (219 min 780 manat) gəlir əldə edib. Putin 2019-cu ildə 9,7 milyon rubl (199 min 800 manat) gəlir əldə etmişdi.

Kremlin yaydığı bəyənata görə, Rusiya prezidentinin hazırda Rusiyada 2 evi, 2 avtomobil qarajı, 3 avtomobili var.

Hazırda həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının Antikorrupsiya Fondu yanvarın 19-da yeni araşdırma yayıb. Araşdırmada Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılıb. Daha sonra Rusiya hökuməti və prezident Putin özü bu iddiaları təkzib edib. Putin belə bir evinin olmadığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun