ABŞ və İran hərbi gəmilərinin Ərəb körfəzində bir ildən çox müddət keçdikdən sonra yenidən qarşı-qarşıya gəliblər.
ABŞ-ın Baranoff və USS Firebolt sahil mühafizə patrul gəmiləri onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinə aid 3 gəmiyə xəbərdarlıq atəşi açıblar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, Iran gəmilərinə dəfələrlə səsucaldan vasitələrlə yaxınlaşmamalarına dair xəbərdarlıq etsələr də, İran gəmiləri bunu nəzərə almadan hərəkətlərini davam etdiriblər.
Məlumatda qeyd olunub ki, Firebolt heyəti xəbərdarlıq atəşi açqdıqdan sonra İran gəmiləri təhlükəsiz bir məsafəyə çəkiliblər.